Beynəlxalq Multikulturalizm Jurnalının beşinci sayı nəşr edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalının sayca beşinci, bu il üçün isə ilk sayı işıq üzü görüb. İldə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı (http://bimc-ijm.com/index.aspx) da fəaliyyət göstərir. Bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalın beşinci sayında bu sahədə tanınan bir sıra xarici araşdırmaçı alimlərin – Sarah A.Sanderson, David Kimori, Ron Browne, Ata Taha Kuveloğlu, Mirza Muhammad Zubair Baig, Elham Hossain və Haktan Birselin multikulturalizm mövzusunda məqalələri yer alıb. 
Qeyd edək ki, jurnalda elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını bimc-ijm.com ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalının PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilr.

Etiketlər