Beynəlxalq konfransın iştirakçıları ilə Multikulturalizm Mərkəzində görüş keçirilib
G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda baş tutan beynəlxalq konfransın iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olublar. Görüş zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqları salamlayaraq, ölkəmizdəki multikultural və tolerant mühit, Azərbaycan multikulturalizm modeli, eləcə də Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqda geniş məlumat verib. Görüşdə “Tolerantlıq diyarı” (“Land of Tolerance”) adlı sənədli film də nümayiş olunub. Qonaqlar konfransla bağlı fikirlərini, habelə Azərbaycan haqda təəssüratlarını bölüşüblər. Sonra qarşılıqlı əməkdaşlıq münasibətləri mövzusunda müzakirələr aparılıb.