Kayseri universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib
Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetlərdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Fənnin xarici ölkə universitetlərində ilk monitorinqi noyabrın 26-da TürkiyəninKayseri şəhərində yerləşən Erciyez universitetində aparılıb. Erciyez universitetində monitorinqi professor Möhsün Nağısoylu həyata keçirib.
Monitorinq zamanı dərsin gedişatı ilə tanış olan professsor Möhsün Nağısoylu, eyni zamanda ”Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda mühazirə oxuyub. Möhsün Nağısoylu Türkiyə və Azərbaycanın qardaş ölkə olduğunu, buna görə də Azərbaycanda olduğu kimi Türkiyə də tolerantlıq ənənələrin, multikultural dəyərlərin xüsusi önəm daşıdığını vurğulayıb. Həmçinin tariximizdə, taleyimizdə, baxış bucağımızda və inanclarımızda bir çox ortaq nöqtələrimizin olduğu üçün Azərbaycan multikulturalizmi fənninin tələbələr üçün çox vacib olduğunu söyləyib. Tələbələr bu fənnin materiallarının onların gələcək fəaliyyəti üçün lazım olacaqlarını bildirib və Azərbaycan multikulturalizmi fənninin onlar üçün çox maraq doğurduğunu söyləyiblər. Mövzu ətrafında geniş diskussiya aparılıb. Dərsdə fənnin tədris edildiyi magistrlardan başqa Ərciyəs Universitetinin ədəbiyyat və tarix fakültələrindən 50- yə yaxın tələbə və müəllim iştirak edib. Professor Möhsün Nağısoyluya tələbələrin çoxsaylı suallarını cabvablandırıb.
Azərbaycan multikulturalizmi fənni Erciyez universitetinin Ədəbiyyat və Sosyal bilimlər fakültələrində oxuyan magistr səviyyəli tələbələrə cari dərs ilinin ilk semestrindən tarix üzrə fəlsəfə doktoru, dosent Qafar Mehdiyev tərəfindən tədris edilir.
Запись Kayseri universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.