Portuqaliyada Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib

 

Foto Portoqaliya monitorinq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Növbəti monitorinq Portuqaliyanın Lusafona universitetində Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova tərəfindən aparılıb.
Monitorinq zamanı Ülviyyə Abbasova Lusafona universitetində Beynəlxalq Sahibkarlıq ofisinin direktoru Teresa do Rosario Domasio və direktorun muavini Elisabete Lourenco ilə görüşüb. Görüş zamanı Teresa do Rosario Domasio Azərbaycan multikulturalizmi fənninin Lusafona universitetində tədris olunmasından çox böyük məmnunluq hissi keçirdiyini bildirib. Tələbələrin bu fənnə böyük maraq göstərdiyini bildirən xanım Teresa gələcəkdə Azərbaycan multikulturalizmi fənninin Portuqaliyanın litseylərində də tədris edilməsini arzu etdiyini bildirib.
Azərbaycanın tolerant bir ölkə olduğunu və bu ölkədə milli azlıqların və fərqli dinlərin nümayyəndələrinin yüz illər boyu dostluq şəraitində, mehribancasına bir arada yaşamasının böyük marağa səbəb olduğunu vurğulayan Teresa xanım bu fənnin universitetdə davamlılığının onlar üçün çox vacib olduğunu bildirib.
Monitorinq zamanı Azərbaycan multikulturalizmi fənnini Lusafona universitetində tədris edən Maya Cəfrquliyeva proqram üzrə mühazirəsini oxuduqdan sonra Ü. Abbasova tələbələrə Azərbaycanda linqvistik fərqlilik mövzusunda mühazirə deyib.
Tələbələr mühazirələri maraqla dinləyib, qeydlər aparıb və müxtəlif suallar veriblər. Tələbələr bildiriblər ki, bu dərsi dinləmək onlar üçün çox faydalı və maraqlıdır. Onlar Bakı Beynəlxaql Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək istəklərini də bildiriblər.

Запись Portuqaliyada Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.