Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının iclası keçirilib

Dekabrın 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının ilin yekunlarına dair  iclası keçirilib. İclas Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın sədrliyi ilə keçib. Tədbirdə BBMM-in Himayəçilik Şurasının sədri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Şuranın digər üzvləri - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Tarix Muzeyinin baş direktoru Nailə Vəlixanlı, Rus Dram Teatrının bədii rəhbəri, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri, Xalq artisti Aleksandr Şarovski,  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə,  Xalq yazıçısı Elmira Axundova iştirak ediblər.
İclasda Mərkəzin icraçı direktoru Rəvan Həsənovun 2024-cü il ərzində görülən işlər barədə hesabatı dinlənilib.  O, 2025-ci ildə görüləcək işlər, həyata keçiriləcək layihələr barədə də geniş məlumat verib.
İclas müzakirələrlə davam edib. Sonda gündəlikdə duran məsələlər səsə qoyulub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2024-cü ildəki fəaliyyətinə dair hesabat qənaətbəxş hesab edilib,  2025-ci ilə dair iş planı edilən təkliflər nəzərə alınmaqla təsdiq olunub.

Etiketlər