İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb

 

Fevralın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində «Azərbaycan multikulturalizmi» fənninin tədrisi layihəsi çərçivəsindəİndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış universitetlərindən biri olan Qacah Mada Universitetinin Mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb. Fənni Azərbaycan Dillər Universitetinin professoru, flologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir. Universitetdə bu fənnin tədrisi üçün optimal şərait yaradılıb.

Azərbaycanlı mütəxəssis Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə bakalavriat səviyyəsində  təhsil alan 20-dən artıq tələbəni bir semestr ərzində Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış edəcək.

 

Запись İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.