Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. 2015-2020-ci illər ərzində Multikulturalizm Mərkəzi 10 beynəlxalq multikulturalizm qış və yay məktəbi təşkil edib
Fevralın 20-də VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşü olub.
Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş olub.
Layihəyə Yaponiyadan qatılmışam. Azərbaycanda ilk dəfədir oluram. Ölkənizin şimal bölgəsi sayılan Quba, Qusar və Xaçmazda bir sıra görməli yerləri gəzdik, dini məbədlərlə, tarixi məkanlarla, yerli sakinlərlə tanış olduq
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçısı olduğuma görə şadam. Bundan əvvəl Azərbaycanda olmamışam. Layihə çərçivəsində ölkənizin multikulturalizm modelini öyrənirəm.
Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
Qış Məktəbi layihəsinin almaniyalı iştirakçısı: Ölkələr Azərbaycan tolerantlıq modelini nümunə götürməlidir
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən istifadə ediblər
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Qırmızı qəsəbədə
Azərbaycanda olan müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir.
“Azərbaycanda dövlətin azsaylı xalqlara və etnoslara, müxtəlif konfessiyaların nümayəndələrinə münasibəti nümunəvidir”
16 ölkənin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduqları layihənin iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Fəxri ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Fevralın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə start verilir.
Baku International Multiculturalism Centre launches the next International Winter School – 2019 for students and researchers who are interested in enhancing and deepening their knowledge on Azerbaijani multiculturalism.
Baku International Multiculturalism Centre launches the next International Summer School – 2018 for students and researchers who are interested in enhancing and deepening their knowledge on Azerbaijani multiculturalism.
IV Beynəlxalq multikulturalizm məktəbi Şəkidə fəaliyyətə başladı
Winter School 2018 International Multiculturalism Winter School – 2018 ”Dialogue of civilizations: new challenges” Deadline: The closing date for applications is December 31st 2017
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
“Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində – Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinə uğurla yekun vurulub. İyulun 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində bununla bağlı mətbuat konfransı keçirilib.