"Biz birlikdə güclüyük" sənədli filmi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. İlk sənədli film əsrlər boyu Azərbaycanda yaşayan yəhudilərə, ikinci sənədli film "Qafqaz Albaniyasının varisləri - udilər"ə  həsr edilmişdi. Sayca üçüncü olan "Biz birlikdə güclüyük" sənədli filmi 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan milli azlıqların fəaliyyətinə həsr edilib.