Multikulturalizm Mərkəzində şəhid ailələri ilə görüş keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu və Qarabağ Qaziləri İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində şəhid ailələrinin görüşü keçirilib. Görüşdə Vətən uğrunda şəhid olan müxtəlif xalqların nümayəndələrinin yaxınları, qazilər, ziyalılar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə tarixçi araşdırmaçı Ramazan Hüseynli açıb. O, Azərbaycandakı multikultural mühit, Vətən uğrunda döyüşlərdə milli və dini həmrəyliyin rolu haqda danışıb. Qarabağ Qaziləri İctimai Birliyinin sədr müavini, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov çıxış edərək, görüşün mahiyyəti haqda məlumat verib. Çıxış edən şəhid ailələrinin üzvləri öz xatirələrini bölüşüblər. Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
 

Etiketlər