UNESCO Baş direktorunun müavini: Dünyada milyonlarla insan ayrı-seçkilikdən əziyyət çəkir

Bu gün dünyada milyonlarla insan ayrı-seçkilikdən əziyyət çəkir.

Bunu UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülhü təşviq etmək çox vacibdir:

"İnanıram ki, qarşıya qoyulan məqsədlərə çatacağıq. Biz sülhü və dialoqu təşviq etməliyik. Bütün dünyada antisemitizim və islamafobiyanın on faiz artdığını görürük. Bu gün dünyada milyonlarla insan ayrı-seçkilikdən əziyyət çəkir. Bu halda mütləq olaraq dialoqa köklənməliyik. Bu kimi tədbirlərdə xanımların səsinin gəlməsi də çox önəmlidir. Bu cür kürsüdən səsimizi duyurmağımıza şərait yaradan Prezident İlham Əliyevə təşəkkür edirəm".

Q.Ramos həmçinin ölkələr arasında dialoq mexanizmini yaratmağa çalışdıqlarını söyləyib:

"Dialoqların mövcud olduğu cəmiyyətdə münaqişələr azdır. Lakin dialoq həm də sülhün və dayanıqlı inkişafın təməlidir. Biz Şri-Lankada, Ruandada, Ukraynada dialoq mühitinin yaradılması üçün çalışırıq. Biz həmçinin Azərbaycanla da əməkdaşlığımızı dərinləşdirmək istəyirik".

Etiketlər