“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır. Dekabrın 12-də Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dərsliyi hazırlayan müəlliflərlə birgə toplantı keçirib.
Toplantıda dərsliyin istiqamətləri müəyyənləşdirib və müəlliflərlə yazacaqları bölmələrlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, dünyanın 11 aparıcı universitetində bu fənn tədris edilir, bu dərsliyə ehtiyac var və dərsliyə olan ehtiyac təkçə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə də bağlıdır.
Dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində ölkəmizin və dünyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulur.
Запись “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.