Multikulturalizm Mərkəzi ölkə universitetlərində monitorinq keçirir

 

Foto-0
Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.
Bu həftə Multikulturalizm Mərkəzi Kooperasiya Universitetində, Qərb Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında monitorinq keçirib. Azərbaycan Multikulturalizmi fənnini Kooperasiya Universitetində bu ilin payız semestrindən Nizami Məhərrəmov tədris edir.Adı çəkilən universitetdə monitorinqi Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müəllimi Rauf Hacı və Multikulturalizm Mərkəzinin əməkdaşı Taleh Əhmədov həyata keçirib. Ekspertiza və texnologiya fakültəsində 50 tələbəyə tədris olunan Multikulturalizmə giriş fənninin bu dəfəki mühazirəsi “Dünya ölkələrində Multikulturalizmin fərqli modelləri” mövzusuna həsr edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi Multikulturalizm Mərkəzinin Analitika-informasiya şöbəsinin müdiri Nəriman Qasımoğlu aparıb. Akademiyada bu fənni Cahangir Cahangirli tədris edir. Monitorinq zamanı tələbələr multikulturalizm modelləri və Azərbaycan dövlətinin multikulturalizm siyasəti haqqında təqdimatlarla çıxış ediblər. Nəriman Qasımoğlu əsasən texniki biliklər üzrə ixtisaslaşan magistratura tələbələrinə Azərbaycan multikulturalizminin tədris edilməsinin xüsusi önəm daşıdığını bildirib. Multikulturalizm məsələləri fonunda tələbələrin eyni zamanda Azərbaycan ədəbiyyatı, tarixı, elmi-fəlsəfə fikri və s. barədə də biliklər əldə etdiklərini vurğulayıb.
Nəriman Qasımoğlu Qərb Universitetində də monitorinq keçirib. Qərb universitetində Multikulturalizmə giriş fənnini Müşfiq Şükürov bakalavr pilləsində təhsil alan 36 tələbəyə tədris edir. Fənn tələbələr tərəfindən böyük maraqla dinlənilir. Mühazirə “Çində Daosizm və Konfutsiyaçılıq” mövzsuna həsr edilib. Mühazirə mövzusu tələbələrə dünya xalqlarının fərqli mədəniyyətlərini çatdırmaq məqsədini güdüb.
Monitorinqlərin sonunda tələbələrə fənnin tədrisi ilə bağlı fikirlərini əks etdirən sorğu vərəqləri təqdim olunub.

Запись Multikulturalizm Mərkəzi ölkə universitetlərində monitorinq keçirir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.