Multikulturalizm Mərkəzi yerli universitetlərdə monitorinqlərə start verib
Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədrsi edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.
Monitorinqin keçirildiyi növbəti yerli universitet Naxçıvan Dövlət Universiteti olub. Multikulturalizm Mərkəzi tərəfindən bu monitorinqin aparması üçün Mərkəzin əməkdaşı Vidadi Rzayev ezam olunub.
Naxçıvan Dövlət Universitetində Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib.
Giriş sözü ilə çıxış edən Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev çıxışında mədəni, etnik, dini və digər müxtəlifliklərin tənzimlənməsində düzgün siyasət modellərindən birinin də multikulturalizm olduğunu nəzərə çatdırıb.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Vidadi Rzayev ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasətinin ölkəmizin demokratik inkişafının tərkib hissəsi olduğunu, Azərbaycanın bu gün dünyada məhz multikulturalizm mərkəzi kimi tanındığını, bu sahədə təcrübənin öyrənilməsinə böyük maraq göstərildiyini bildirib. Vidadi Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan indi öz multikulturalizm modelini dünyaya təqdim edir. Ölkəmizdə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanılmasına, öyrənilməsinə, inkişaf etdirilməsinə, təbliğinə geniş şərait yaradıldığını diqqətə çatdırıb. Vidadi Rzayev, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və dünyada yeganə Multikulturalizm Mərkəzi olduğunu bildirib. Natiq, əməkdaşı olduğu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında geniş məlumat verib, eyni zamanda universitetdə olmağının məqsədlərini də açıqlayıb. Vurğulanıb ki, ildə iki dəfə keçirilən monitorinq sözügedən fənləri daha da təkmilləşdirmək, mövcud nöqsanları aradan qaldırmaq məqsədilə aparılır.
Diskussiya şəklində keçirilən açıq dərsdə tələbələri və müəllimləri maraqlandıran suallara aydınlıq gətirilib və bir sıra təkliflər irəli sürülüb.
Запись Multikulturalizm Mərkəzi yerli universitetlərdə monitorinqlərə start verib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.