“Azərbaycan multikulturalizmi” fənni növbəti dəfə Bolqarıstan universitetində

 

index

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində «Azərbaycan multikulturalizmi» fənninin tədrisi layihəsi çərçivəsində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində  adıçəkilən fənnin növbəti dəfə tədrisinə başlanılıb. “Klassik və müasir fiilologiya” fakültəsində keçirilən fənni sözügedən universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Shigayeva-Mitreska tədris edir. 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” fənninin fevralın 25-də baş tutan ilk dərsi Xocalı faciəsinə həsr edilib, tələbələrə bu soyqırımla bağlı ətraflı məlumat verilib, faciəni əks etdirən film nümayiş etdirilib.

Qeyd edək ki, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində  “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə 2015-ci ilin yaz semestrindən start verilib və tələbələrin xüsusi marağına səbəb olub.

Запись “Azərbaycan multikulturalizmi” fənni növbəti dəfə Bolqarıstan universitetində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.