Azərbaycan multikulturalizmi fənninin Dillər Universitetində monitorinqi keçirilib

 

Foto Monitorinq Dillər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Fənnin növbəti monitorinqi Azərbaycan Dillər Universitetrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Rəşad İlyasov və Aytən Məmmədova aparıb.
Monitorinq zamanı “Azərbaycan multikulturalizmi” fənnini ADU-də tədris edən Sevdagül Əliyeva “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və sosial-iqtisadi inkişaf” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda multikulturalizmin dövlət siyasəti olaraq həyata keçirildiyindən, bunun əsasının ictimai sifariş olunduğundan və qeyd olunan kontekstdə ölkənin sosial-iqtisadi inkişafının əks olunması barədə fikirlərini tələbələrə çatdırıb. Məruzəçi Azərbaycan Respublikasının multikulturalizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafı ilə sıx bağlı olduğunu qeyd edib.
Sonra BBMM-nin əməkdaşı Rəşad İlyasov tələbələrə Multikulturalizm Mərkəzinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib və onlar arasında monitorinq sorğusunu keçirib.

Запись Azərbaycan multikulturalizmi fənninin Dillər Universitetində monitorinqi keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.