Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşrləri olan "Azərbaycan multikulturalizmi" və “Multikulturalizmə giriş” dərsliklərinin müzakirəsi keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşrləri olan "Azərbaycan multikulturalizmi" və “Multikulturalizmə giriş” dərsliklərinin müzakirəsi keçirilib. Tədbir universitetin kitab evində baş tutub. Müzakirədə unversitetin elmi işlər üzrə prorektoru Rauf Əliyarov, kitab evinin direktoru Səlahət Mahmudova, BBMM-in şöbə müdirləri Rəşad İlyasov, Yadigar Məmmədli, dərsliyin həmmüəllifləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Rəfi Qurbanov, BBMM-in məsləhətçisi Rəhim Rəhimov, eləcə də ali təhsil ocağının professor, müəllim və tələbə heyəti iştirak ediblər. Tədbirdə çıxış edənlər müzakirənin texniki yönümlü universitetdə keçirilməsinin xüsusi önəm daşımasını vurğulayıb, yeni dərsliyin tədris prosesi üçün uğurlu olduğunu və yüksək səviyyədə hazırlandığnı qeyd ediblər. Çıxışlar zamanı dərsliyin təkmilləşdirilməsi üçün təkliflər də səsləndirilib