Azərbaycan-İsrail münasibətləri düşmənlərimizin gözləri götürməyəcək qədər güclüdür

Bu gün Holokost qurbanlarının anım gününü hüznlə qeyd edirik. Bu gün, sadəcə, insanların anım günü kimi qeyd edilmir, həmçinin insanların birlik-bərabərlik günü, yüksəliş günüdür. Yəhudi xalqına dərin hüznlə başsağlığı veririk.

Bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla yanvarın 25-də keçirilən Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində deyib.

"Holokost qurbanları həyatlarını boşuna qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətlərinin bugünkü gücü düşmənlərinin gözləri götürməyəcək dərəcədə böyükdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik", - deyə K.Abdulla qeyd edib.

Etiketlər