Vilnüs Universitetində Azərbaycan multikulturalizminə aid mühazirə oxundu

 

image(7)Bakı Beynəlxalq Muıtikulturalizm Mərkəzinin layihəsi çərçivəsində Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən professor Rafael Həsənov Litvanın Vilnüs Univeristetinin Filologiya fakültəsində “Azərbaycanda multikonfesionalizm və multikulturalizm” mövzusunda mühazirə oxuyub.
Professor Rafael Həsənov Litva Təhsil Universitetinin Beynəlxalq Münasibətlər departamentinin müdiri, Vilnüs Universitetinin dosenti doktor Loreta Çodzkiene tərəfindən dəvət olunub.
Mühazirənin əvvəlində Azərbaycan haqqında tanıdıcı film nümayiş etdirilib. Filmi izlədikdən sonra iştirakçılar mühazirəni dinləyib.
Mühazirədə Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə yanaşı, Vilnüs Universitetində təhsil alan İtaliyadan, Cənubi Koreyadan, İspaniyadan və digər ölkələrdən olan tələbələr və univesritetin müəllim heyəti də iştirak edib. İştirakçılar mühazirəyə çox böyük maraq göstərib və Azərbaycana gəlmək arzusunda olduqlarını bildiriblər. Sonda Rafael Həsənov tələbələrin Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı olan sualların cavablandırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Запись Vilnüs Universitetində Azərbaycan multikulturalizminə aid mühazirə oxundu впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.