FHN Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib

 

Foto FHN Monitorinq
Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Növbəti monitorinqi BBMM-nin əməkdaşı Vidadi Rzayev Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında aparıb.
Vidadi Rzayev ilk öncə Azərbaycan multikulturalizmi və Multikulturalizmə giriş fənnlərinin tədris oldunduğu Humanitar fənnlər kafedrasının kafedra müdiri professor Bahar Cəfərova, fənni tədris edən Rəsul Əliyevlə görüşüb və dərs prosesi ilə tanış olub. BBMM-nin əməkdaşı Akademiyanın tədris şöbə rəisi polkovnik Malik Qarayevlə və tədris işləri üzrə rəis müavini polkovnik Afət Qurbanovla görüşərək tədris edilən fənnin səviyyəsi ilə tanış olub. Sonra Akademiyanın rəisi, general mayor Pənah Süleymanovla görüşdə ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində birgə yaşayan çoxsaylı etnik qrupların və müxtəlif dini konfessiyaların bu günkü fəaliyyətlərindən və olkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğı və diqqətindən söhbət açılıb. Akademiyanın rəhbərliyi qeyd olunan fənlərin tədrisinin dövlətimizin mühüm siyasətlərindən biri olaraq qəbul edildiyini və icrasına yüksək məsuliyyətlə yanaşıldığını vurğulayıb.
Monitorinq zamanı BBMM-nin əməkdaşı akademiya rəhbərliyinin keçirilən 65 nəfər müəllimin və kursantların iştirak etdiyi açıq dərsdə Azərbaycan multikulturalizminin özünəməxsusluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ötən dövr ərzində fəaliyyəti barədə ətraflı məlumat verib. Dərsin sonunda müəllim və kursantların sulları cavablandırılıb.

Qeyd edək ki, 2015-2016-cı ilin tədris ilində Akademiyada Multikulturalizmə giriş fənni üzrə bakalavr pilləsində 100 kursant, Azərbaycan multikulturalizmi fənni üzrə isə 3 kursant təhsil alacaq.

Запись FHN Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.