“Azərbaycan multikulturalizmi” fənni növbəti dəfə Litva Pedaqoji Universitetində

 

litva 1Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin növbəti dəfə tədrisinə başlanılıb.

Fənni filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova tədris edir. Ə. Məmmədova 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” fənninin tələbələr tərəfindən böyük maraqla qarşılandığını bildirib. Video və fotoslaydların nümayişi ilə keçirilən dərsdə tələbələrə ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural durum, Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri haqqında ətraflı məlumat verilib, multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğu diqqətə çatdırılıb.

Pedaqoq həmçinin Vilnüs Universitetində də Azərbaycan multikulturalizmi ilə bağlı birdəfəlik mühazirə  oxuyub.  Mühazirədə İtaliya, Ukrayna, Türkiyə, İspaniya və Rusiyadan olan tələbələrlə yanaşı  Litva Pedaqoji Universitetinin prorektoru Kestutis Salaveyus və universitetin departament rəhbəri Loreta Xodzkien də iştirak edib.

Qeyd edək ki, Litva Pedaqoji Universitetində sözügedən fənn üzrə təhsil alan  tələbələr Ə. Məmmədovanın şəxsi təşəbbüsü ilə təşkil olunan Novruz bayramı şənliyində də aktiv iştirak ediblər, ləziz Azərbaycan şirniyyatının dadına baxıblar.

Запись “Azərbaycan multikulturalizmi” fənni növbəti dəfə Litva Pedaqoji Universitetində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.