Multikulturalizm Mərkəzi Sofiya Universitetində monitorinqə başladı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənnin bir sıra yerli və xarici universitetlərdə tədrisi davam edir.
Dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılacaq. Artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetidir.
Sofiya Universitetinə monitorinqin aparılması üçün BBMM tərəfindən Fəlsəfə və Hüquq İnstitutunda Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri İsaxan Vəliyev ezam olunub.
Monitorinq zamanı İsaxan Vəliyev Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrə “Azərbaycanın multikulturalizm modeli: konstitusion -hüquqi əsasları” adlı mühazirə oxuyub. Sonda tələbələrin suallarını cavablandırıb və onlara BBMM tərəfindən hazırlanmış hədiyyə paketlərini təqdim edib.
Həmçinin monitorinq çərçivəsində “Alma master” elmi təhqiqat humanitar kompleksinin direktoru dosent Kostadin Qrozev, Sofiya Universitetinin Klassik və yeni filologiyaları fakültəsinin dekanı professor Tsvetan Teofanov və Sofiya Universitetinin Tarix fakültəsinin dekan muavini dosent Todor Popnedelev ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan multikulturalizmindən və Azərbaycanda multikulturalizm siyasətinin uğurlarından danışılıb.
Qeyd edək ki, monitorinq davam edir, bir sıra yeni görüşlər planlaşdırılır və bu barədə ətraflı məlumat veriləcək.
Запись Multikulturalizm Mərkəzi Sofiya Universitetində monitorinqə başladı впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.