İsrail və Azərbaycan: faktların təsdiqi

“Azərbaycan-İsrail dostluğu onilliklər ərzində dərin kök salmış və daha da genişlənəcəkdir, çünki hər iki xalq innovasiya, tərəqqi, ən əsası, dəyərlərə və arzulara olan hörməti bölüşür.” Bu fikirlər Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin “JEWISH JOURNAL” nəşrində dərc olunan məqaləsindəndir. İsrail və Azərbaycan münasibətlərindən bəhs edən məqalədə bu iki ölkə arasındakı dərin və möhkəm dostluğu kiçiltmək, insanları Azərbaycanın dözümsüz olduğuna, Ermənistanın indiki təcavüzünün isə cinayət olmadığına inandırmaq üçün edilən uğursuz cəhdlər pislənilir. M.Yevdayev yazır: “Bir ömür boyu Azərbaycanın yəhudi vətəndaşı olaraq, ilk təcrübəmdən bilirəm ki, doğulduğum və Azərbaycan yəhudilərinin iki nəslini qürurla böyüdən bu torpaq, əslində tolerantlıq və çoxmədəniyyətli harmoniya sütunları üzərində qurulmuş ölkədir.”

Azərbaycan nə İsrail üçün, nə də yəhudi xalqı üçün yeni dost deyildir. Bu dostluq əlaqələri əsrlərin dərinliklərinə gedib çıxır. Məqalədə vurğulanır ki, Azərbaycandakı Qırmızı qəsəbə İsrail və ABŞ xaricində ən böyük yəhudi şəhərciyi və Avropada ən son saxlanılan yerdir. Qonşu bölgələrdə yəhudilər aqressiv, antisemit təhdidləri ilə üzləşdikdə, Azərbaycan liderləri yəhudilərin müdafiəsini təmin etmək üçün illər öncə qəbul olunmuş təhlükəsiz sığınacaq vermişlər. Bu gün də Aşkenaz, Gürcüstan və Bakıdakı nadir Dağ Yəhudi İcmasını təmsil edən 30 000 yəhudi Azərbaycanda sülh şəraitində yaşayır. Məqalədə daha sonra deyilir: “Bakı Dağ Yəhudi İcmasının rəhbəri kimi, mən nadir yəhudi ənənələrimizin müxtəlifliyinin və ehtiramının bayram edilməsinə hökumətimizin və milli mədəniyyətimizin nə qədər yüksək vəsait qoyduğunun şəxsən şahidi olmuşam. Bunu Azərbaycan hökuməti tərəfindən tikilmiş və yenidən qurularaq icmamıza hədiyyə edilmiş gözəl sinaqoqlarımızda görə bilərsiniz. Bunu yüzlərlə şagirdin təhsil aldığı geniş ortodoks yəhudi məktəbində görə bilərsiniz. Siz həmçinin bunu bizim məscid və kilsələrdə, pravoslav, katolik, baptist və ən əsası, erməni kilsəsində görə bilərsiniz.”

İsrailin məşhur “JEWISH JOURNAL” nəşrində yer alan məqalədə Qarabağ müharibəsinin qəhrəmanlarından biri Albert Aqarunov haqda da söz açılır. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan dağ yəhudisi Albert Aqarunovun ölkənin ən yüksək mükafatı olan Milli Qəhrəman adına layiq görülməsi, Bakıdakı küçələrdən birinə onun adının verilməsi qürur hissi ilə qeyd olunur. Bunun əksinə olaraq,  antisemitizmin köhnə problem olduğu Ermənistanda, nasist əlaltısı Qaregin Njdeyə heykəl qoyulması faktı vurğulanr. Məqalədə deyilir: “Əksəriyyəti müsəlman olan Azərbaycanda biz yəhudi milli qəhrəmanına abidə ucaldırıq, Ermənistanda isə nasist kollaborasionistinə abidə ucaldılır!”

Bunlar çətin, lakin vacib amillərdir və bu amillər münasibətlərin həyat qabiliyyətini müəyyən etmək üçün böyük əhəmiyyət daşıyır. Ermənistanın Azərbaycanın işğalına və onu qaralamasına sərf etdiyi güc və maliyyə, İsrail və Azərbaycan kimi ölkələrin diqqət mərkəzində olduğu inanılmaz imkanlara sərmayə qoymaq əvəzinə boşluğu dərinləşdirir.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti

https://azertag.az/xeber/1623409?fbclid=IwAR3gx9xLj7Q5uWOpVfvSQLmi72T_eZw-C5AvEPR_odQn-IaewN8q5LX0aFg

 

Etiketlər