Aşqabadda Azərbaycan multikulturalizmi müzakirə edilib

Noyabrın 13-15-də, Türkəmənistanın paytaxtı Asqabad şəhərində "Təhsil və idman" problemlərinə həsr olunan beynəlxalq  konfransda  Azərbaycan Texniki Universitetinin professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Multikulturalizmə giris” dərsliyinin müəlliflərindən biri, “Azəbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirən Əyyub Kərimov da iştirak edib. Konfransa öncədən göndərilən məqalələr əsasında Respublikamızdan dəvət olunan dörd nəfərdən  biri də Əyyub Kərimov olub. 40-a yaxın ölkədən 300-ə qədər alimin iştirak etdiyi konfransda professor Ə.S.Kərimov 5 bölmədən ibarət konfransın Məhdimqulu adına Türkmənistan Dövlət Universitetində fəaliyyət göstərən  birinci bölməsində moderatorluq edib və konfransın rəyasət heyətində ölkəmizi təmsil edib.  Onun "Ali məktəblərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giris”  fənnlərinin  tədrisinin tələbələrin ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsində rolu” mövzusunda çıxışı və konfrans iştirakçılarına nümayiş etdirdiyi Azərbaycanda multikultural mühiti əks etdirən qısa sənədli film çox  böyük  maraq doğurub,  geniş müzakirələrə səbəb olub. Konfransın gedişində erməni alimlərinin əçnəbi iştirakçılar  arasında Dağlıq Qarabağ problemi və Azərbaycan multikulturalizmi ilə bağlı apardığı yalan, çaşdırıcı təbliğatın da qarşısı alınıb, mövzu ilə bağlı əsl həqiqətlər, real tarixi faktlar və məntiqi dəlillər konfrans iştirakçılarına izah edilib. 

Etiketlər