Özbəkistanlı qonaq: Qarabağda aparılan bərpa işlərinə şahidlik etməyi səbirsizliklə gözləyirəm

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Azərbaycana gəlmişik. Bu gün biz Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdik. Bizə Bakının tarixi yerləri haqqında dəyərli məlumatlar verildi.

Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin XV Multikulturalizm Məktəbinin Özbəkistandan olan iştirakçısı Şahsənəm Yuldaşova söyləyib.

Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran özbəkistanlı qonaq əlavə edib: “Bakı həqiqətən çox gözəl şəhərdir, insanları isə mehribandır, qonaqpərvərdir. Biz, həmçinin 30 illik işğaldan azad edilmiş Qarabağa – Azərbaycanın dəyərli torpaqlarına da səfər edəcəyik. Orada aparılan bərpa işlərinin şahidi olmağı səbirsizliklə gözləyirəm”.

Multikulturalizm Məktəbi kimi layihələrin çox sevindirici olduğunu deyən Şahsənəm Yuldaşova layihənin təşkilatçılarına, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyinə və Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Etiketlər