Ukrayna Ali Radasının Sədr müavini Mərkəzin qonağı olub
Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 1-dən 3-dək davam edəcək Forumda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Sədr müavini Olena Kondratyukun rəhbərliyi altında nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub. Görüş zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycan multikulturalizm modeli, ölkəmizdəki multikultural və tolerant mühit, eləcə də BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqda qonaqlara məlumat verib. Görüşdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev, BBMM Himayəçilik Şurasının üzvü, xalq yazıçısı Elmira Axundova, Azərbaycan-Ukrayna Konqresinin sədri Yuriy Osadçenko və Mərkəzin əməkdaşları iştirak edib. Sonda qonaqlara Mərkəzin nəşr etdirdiyi kitablar hədiyyə olunub.