Nə üçün cənab Conni Mur əhalisinin əksəriyyəti müsəlman olan bu ölkəni digər ölkələrə bir “örnək” kimi tərifləyir
Xristian Liderlərin Təriqətlərarası Konqresinin banisi cənab Coni Mur İslam ölkəsinə özünün bir neçə günlük səfərini başa çatdırdıqdan sonra Azərbaycanı vəsf edir.
Mur deyir ki, əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil edən ölkədə müxtəlif inaclara və keçmişə malik insanların necə dinc, yanaşı yaşadıqlarının təəssüratı onu ruhlandırmışdır.
“Mən birlikdə namaz qılan sünni və şiə gənclərlə, birgə ibadət edən pravoslav və protestant xristianlarla tanış oldum,” deyə o, hesabatda yazmışdır. “Mən əhalisinin 90 faizindən çoxunun müsəlman olduğu, lakin əhalisinin öz ölkəsilə İsrail dövləti arasındakı uzunmüddətli münasibətləri bayram etdiyi bir ölkədə çiçəklənən yəhudi icmasının dəyərli və əvəzsiz rolunu müşahidə etdim”.
Mura Simon Vizental Mərkəzinin baş keşişinin müavini ravvin Abraham Kuper də qoşulmuşdur. Hər iki şəxs dünya miqyasında etiqadlararası təşəbbüslər üzrə yaxın əməkdaşdırlar və Mur öz səfərləri zamanı şahidi olduğu multikulturalizmdən necə təsirləndiyini söyləmişdir.
“Şübhəsiz, Azərbaycanın öz çatışmazlıqları da var”, deyə Mur etiraf etmişdir. “Lakin mən ələlxüsus Azərbaycan cəmiyyətini mənən dəstəkləyən, qeyd edilməyə layiq və dünyanın bir çox ölkələrinə örnək ola biləcək multikulturalizm ruhunu dəyərləndirməyə başladım”.
O bildirmişdir ki, keçmiş Sovet Respublikası olaraq Azərbaycanın keçmişini də nəzərə alsaq, bu xüsusilə təsirlidir.
“Dinsiz Sovet erasında birgə çəkdikləri əzabı hələ də unutmamış, qəlbən dindar olan müsəlman, yəhudi və xristian vətəndaşlarla son bir neçə günü bir yerdə oturmaq özü bir aləm idi”, Mur söyləmişdir. “Onlar o zaman nə qədər aza qane olduqlarını bildiklərindən indi olanlarını əziz tuturlar”.
O qeyd etmişdir ki, sona yetəcəyinə ümid etdiyi qəddar hadisə – İslam Şam dövləti kimi terrorçu qrupların adamlara qarşı dindən silah kimi istifadə etdiyi İraq və Əfqanıstan kimi ölkələrlə müqayisədə Azərbaycan tam təzad təşkil edir.
İraqda alternativ qüvvələrin 2014-cü ildə İŞİD-ın (Dayeş) törətdiyi dağıntını gözümlə görəndən sonra, qərara aldım ki, dünya miqyasında bir çox dini icmalar arasında, xüsusilə müsəlmanlar, xristianlar və yəhudilər arasında yaxşı tərəfdaşlar tapmaqla, təmkinə ruhlandırmaqla, ən yaxşı təcrübələri müəyyən etməklə, dostluq vasitəsilə inam yaratmaqla gələcək ekstremizin qarşısını almaq üçün var güçümlə çalışacağam”, Mur yazmışdır.
“Fakt odur ki, biz dünyamıza imkan vermişik ki, o, dinin çox asanlıqla silaha çevrildiyi bir məkan olsun”, deyə o qeyd etmişdir. “Dindən Allahın nəzərdə tutduğu kimi dünyaya bir mərhəmət olmaqdansa, xaos, parçalama və pislik toxumu səpmək kimi istifadə edilmişdir. Hətta bizim ən çox inkişaf etmiş və maarifpərvər cəmiyyətlərimizdə belə bizdən fərqli olanlarla yola getmək qabiliyyətini itiririk”.
“Uşaqlarımızın naminə, başqa elə bir yol tapmalıyıq ki, orda Allahın adına hörmətlə yanaşılsın, Onun simasında yaradılmış bizdən başqalarına səhv yanaşmamız zərər gətirməsin.