Tibb Universitetində təhsil alan türkman tələbələr Multikulturalizm Mərkəzində olublar

Azərbaycan Tibb Universitetində təhsil alan İraqdan olan türkman tələbələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tələbələrə Azərbaycandakı multikultural və tolerant mühit haqda ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. İcraçı direktor Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb.
Tələbələr Mərkəz ilə tanış olublar. Onları maraqlandıran suallar cavablandırılıb.

Etiketlər