Azərbaycan multikulturalizmi fənninin monitorinqi davam edir

 

Foto Monitorinq-0

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasının müdiri Əyyub Kərimov Lənkaran Dövlət universitetində və Azərbaycan Tibb Universitetinin Azərbaycan multikulturalizmi fənninin monitorinqi aparıb. Əyyub Kərimov Lənkaran Dövlət uNiversitetində fənnin tədris edildiyi 150 tələbəyə “Multikulturalizm, fərqli modellər, növlər, siyasətlər” mövzusunda mühazirə oxuyub. Mühazirə zamanı tələbələr tərəfindən mövzuya böyük maraq göstərilib və mühazirə bitdikdən sonra dərsdə iştirak edən tələbələr onları maraqlandıran suallar veriblər. Əyyub Kərimov Azərbaycan Tibb Universitetinin İctimai Elmlər kafedrasının müəllimi Fəridə Qəniyevanın “Multikulturalizmə giriş” fənnni üzrə “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı”(rus bölməsində) mövzusunda məşğələ dərsinin monitorinqini aparıb. Azərbaycan Dövlət Dəniz Akademiyasında Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müəllimi Cavid Əsədov və BBMM-nin əməkdaşı Aydan Nusal aparıb. Qeyd olunan Akademiyada Multikulturazlizmə giriş və Azərbaycan multikulturalizmi fənləri tədris edilir. Monitorinq zamanı Humanitar fənlər və dillər kafedrasının baş müəllimi Ağarza Fətəliyev “Dünyada multikulturalizm, multikulturalizm siyasəti, dünya ölkələrinin multikulturalim modelləri” mövzusunda mühazirə oxunub. Sonra “Humanitar elmlər və dillər” kafedrasının müdiri İlqar Abdullayev tələbələrə Azərbaycanın multikulturalizm siyasəti barədə məlumat verib. Multikulturalizm Mərkəzinin əməkdaşı Aydan Nusal BBMM-nin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Mərkəzin gələn ilin fevral ayında keçirməyi planladığı Beynəxalq Qış Məktəbi barədə məlumat tələbələrdə böyük maraq oyadıb. BSU-nun Multikulturalizm kafedrasının müəllimi Cavid Əsədov fənnin seminarları zamanı mövzuların necə müzakirə edidiyini və sorğu əsasında tələbələrin fənn üzrə bilik səviyyələrini yoxlayıb.
Azərbaycan Texniki Universitetində Multikulturalizm Mərkəzinin əməkdaşları Rəşad İlyasov və Aytən Məmmədova aparıb. Monitorinq zamanı Azərbaycan Multikulturalizmi fənnini tədris edən Əlipaşa Əliyev “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda mühazirə oxuyub. Məruzəçi Azərbaycanda multikulturalizmin Dövlət siyasəti olaraq həyata keçirildiyindən və bunun da əsasının ictimai sifariş olduğundan bəhs edib. Dərs interaktiv şəkildə, tələbələrə verilən sual-cavablarla daha da canlı keçinb. Mühazirə bitdikdən sonra BBMM-nin əməkdaşı Rəşad İlyasov tələbələrə Multikulturalizm Mərkəzinin yaranma tarixi, bu istiqamətdə görülən və görüləcək işlər barəsində məlumatlar verib və monitorinq sorğusunu keçirib.

Запись Azərbaycan multikulturalizmi fənninin monitorinqi davam edir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.