Multikulturalizm Mərkəzi İsveçrənin Frayburq universitetində monitorinq keçirib

 

Foto Fraiburg

Dekabrın 2-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov İsveçrənin Frayburq Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqini aparıb. Monitorinq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə həyata keçirilir. Monitorinqlər Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən  aparılır.
Monitorinq zamanı professor Azad Məmmədov Frayburq universitetinin 20 tələbəsinə “Azərbaycanda linqvistik rəngarənglik Azərbaycan multikulturalizminin komponenti kimi” mövzusunda mühazirə oxuyub.
Mühazirə zamanı azərbaycan çoxdilliliyinin tarixi, siyasi aspektləri, fərdi və cəmiyyətdəki çoxdilliliyin ölkəmizdəki multikultural və tolerantlıq şəraitinə təsiri haqqında söhbət açılıb.
Mühazirənin ikinci hissəsi interaktiv diskussiya şəklində keçib, tələbələrin sualları cavablandırılıb. Etnik qrupların dillərinin işlənilməsi və dillərinin inkişafı kimi məslələr işıqlandırılıb. Tədris materialı kimi bir neçə mınbədən o cümlədən hələ 2009-cu ildə nəşr olunan “Dinin sosiologiyası” beynəlxalq jurnalın Azərbaycandakı din situasiyasına həsr olunmuş xüsusi nömrəsi təqdim olunub.
İcraçı katib tələbələrin açıq şəkildə fənnə və ölkəmizə böyük marağı olduğunu bildirib və onların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək arzuları olduğunu bildirib.
Sonra professor Azad Məmmədov Frayburq universitetinin professoru Ansqar Qodike ilə görüşüb.
Ansqar Qodike bu fənnin təkçə Frayburq yox digər universitet tələbələri tərəfindəndə seçilib böyük maraqla dinlənildiyini vurğulayıb. Görüşdə Azərbaycan multikulturalizmi fənninin tədrisinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycan multikulturalizmi fənni İsveçrənin Frayburq universitetində 20 tələbəyə bu ilin payız semestrindən başlayaraq Kamal Qasımov tərəfindən tədris edilir.

Запись Multikulturalizm Mərkəzi İsveçrənin Frayburq universitetində monitorinq keçirib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.