Qlazqo Universitetinin mütəxəssisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Oktyabrın 19-da Böyük Britaniyanın Qlazqo Universitetinin dil xidmətləri üzrə koordinatoru Julie McAdam Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Mərkəzin icraçı direktoru Azad Məmmədov görüş zamanı BBMM-in fəaliyyəti və Azərbaycan multikulturalizmi modeli haqqında qonağa məlumat verib.
İcraçı direktor 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək hazırda dünyanın 20, Azərbaycanın 28 aparıcı ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu, mütəmadi olaraq beynəlxalq multikulturalizm yay/qış məktəblərinin təşkil edildiyini, xaricdə Mərkəzin filiallarının fəaliyyət göstərdiyini, multikulturalizmin təbliği və təşviqi istiqamətində regional və beynəlxalq layihələr həyata keçirdiyini vurğulayıb.
Julie McAdam təmsil etdiyi universitet haqqında ətraflı məlumat verərək bu ali təhsil ocağının dünyanın ən nüfuzlu universitetləri siyahısında yer aldığını qeyd edib.
Görüşdə həmçinin BBMM ilə Qlazqo Universitetinin Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı gələcək əməkdaşlığı yönündə ilkin müzakirələr aparılıb.
Запись Qlazqo Universitetinin mütəxəssisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.