QAFQAZDA, XÜSUSƏN CƏNUBİ QAFQAZDA DAĞ YƏHUDİLƏRİNİN MƏDƏNİ İRSİ
Müraciətlər qəbul olunur
Beynəlxalq konfrans üçün aşağıdakı mövzuda mühazirəni təklif edirik:
QAFQAZDA, XÜSUSƏN CƏNUBİ QAFQAZDA DAĞ YƏHUDİLƏRİNİN MƏDƏNİ İRSİ
(Azərbaycan Respublikası, Rusiya Federasiyası (Dağıstan,
Kabardin-Balkar, Çeçenistan Respublikaları və Stavropol diyarı)
Beynəlxalq konfrans 2023-cü ilin 30-31 avqust tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (Azərbaycan) keçiriləcək
Qafqaz yəhudiləri (cuhurlar və ya dağ yəhudiləri) qədim yəhudi ənənəsinə və zəngin mədəni irsə malik etnik-dini icmadır. Bu icma Qafqaz, İran, Rusiya və Şərqi Avropa ərazilərindəki tarixi proseslərdə mühüm rol oynayıb. Nəsillər boyu ənənəvi yəhudiliklərini qoruyan bu toplumun bir hissəsi sonralar İsrail torpağına köçüb. Sioniszm hərəkatının yaranması və genişlənməsindən sonra sovetlər birliyinin onlara miqrasiya məhdudiyyəti tətbiq etdiyi dönəmdə bir çox dağ yəhudilər bu hərəkata qoşulub. Sovet İttifaqının qapılarının açılması ilə İsrailin, Rusiyanın, keçmiş SSRİ-nin digər dövətlərində, habelə Almaniyanın, Kanadanın və ABŞ-ın iri şəhərlərində Qafqaz yəhudilərinin böyük icmaları formalaşmağa başlayıb. Zaman keçdikcə müxtəlif yəhudi icmaları ilə Qafqaz yəhudiləri arasında qarşılıqlı əlaqələr qurulub. Onların arasında aşkenazilər, aramey dilli yəhudiləri (Naş Didan), Gürcüstan yəhudiləri və subbotniklər də vardı.
Tədqiqatçıları aşağıdakı mövzular üzrə məruzə etməyi təklif edirik:
İcma və ailə
İcmalararası münasibətlər
Sosial-iqtisadi vəziyyət
Yaradıcılıq, ədəbiyyat və ifaçılıq sənəti
Əlyazmalar və Tövrat ədəbiyyatı
Milli və etnik kimliklər
Cuhur dilinin vəziyyəti və tədqiqi
Yerli yəhudi dilləri və dialektləri
Multikulturalizm
Gender tədqiqatları
Sioniszm hərəkatı və İsrailə mühacirət
İkinci Dünya müharibəsi və Holokost
Coğrafi bölgə
Regiondakı yəhudi icmaları
Elmi Komitə yuxarıda göstərilməyən əlaqəli mövzular üzrə təkliflərə də baxacaqdır. Çıxış etmək arzusunda olan tədqiqatçılar bir səhifəlik xülasə (250 sözə qədər), qısa tərcümeyi-hal və əlaqə üçün e-poçt ünvanını təqdim etməlidirlər.
Təkliflərin təqdim edilməsi üçün son tarix - 21 may 2023-cü il
dahan.center@biu.ac.ilTəkliflər bu ünvana göndərilməlidir:
Dahan Mərkəzi, Bar-İlan Universiteti, Ramat Qan
Konfransda təqdim olunan məruzələr daha sonra dərc olunacaqdır.
Konfrans məruzələri ingilis, rus və ivrit dillərində təqdim edilə bilər.
Sizi konfrans iştirakçıları arasında salamlamağı səbirsizliklə gözləyirik.
Hörmətlə,
Konfransın təşkilat komitəsi adından:
Bar-İlan UniversitetiProf. Dan Şapira,
Bar-İlan UniversitetiProf. Yaron Harel,
Aşkelon Akademik KolleciProf. Şimon Şarvit,
Bar-İlan UniversitetiProf. Zehavit Qross,
Azərbaycan Dillər Universitetinin rektoruAkad. Kamal Abdullayev,
Azərbaycan Dillər Universiteti, BakıProf. Jalə Qəribova,
Bakı Beynəlxalq Multikulturalizm MərkəziProf. Aytən Qəhrəman,
, Mərkəzi Asiya və İran Sferasında Yəhudilərin Araşdırma Mərkəzinin Direktoru, Ben-Zvi Şərqdəki Yəhudi İcmalarının Tədqiqi İnstitutu, QüdsDr. Zeev Levin
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoruRəvan Həsənov,
Azərbaycan İlahiyyat İnstitutunun rektoruAqil Şirinov,
Dahan Mərkəzinin direktoruSimon Ohayon,
, Bar-İlan UniversitetiEfrat Aviv
Bakı Dağ Yəhudiləri Dini İcması
, Bar-İlan Universiteti Koordinator: Alissa Abramova