Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ilə görüş keçirilib

 

 

Yanvarın 29-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı director əvəzi Rəvan Həsənov Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ilə görüşüb.

Görüşdə Rəvan Həsənov Azərbaycan Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılan BBMM-in fəaliyyətindən söz açaraq ötən müddət ərzində qurumun ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin yaradılıb möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlər barədə məlumat verib. Bildirlib ki, BBMM-in həyata keçirdiyi layihələr  sırasında beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsis olunması,  ölkənin 38, dünyanın 20-yə yaxın nüfuzlu universitetində  “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, multikulturalizmlə bağlı kitabların hazırlanması və nəşri xüsusi qeyd edilməlidir.

Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev öz növbəsində multilulturallıq və tolerantlıq ənənələri deyiləndə insanları fərqləndirən nüansların deyil, onları yaxınlaşdıran, birləşdirən amillərin vacib olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və gələcək fəaliyyətlərində Mərkəzlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Görüşdə Mərkəzin müşaviri Aytən Qəhraman və şöbə müdiri Sərxanbəy Xydiyev iştirak edib.

Sonda qonağa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ilə görüş keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.