Rəvan Həsənov: Qafqaz Albaniyası irsinin tədqiqata böyük ehtiyacı var

Qafqaz Albaniyası irsinin tədqiqata böyük ehtiyacı var. Bu məsələdə sosial və dini aspetklər araşdırılmalıdır.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycan tarixi bugünkü müstəqil Azərbaycanın sərhədlərindən kənardadır. “Bu istiqamətdə həyata keçirilən layihələr onu deməyə əsas vermir ki, biz torpaq iddiası irəli sürürük. Qafqaz Albaniyası irsinin öyrənilməsində Azərbaycan alimlərinin öhdəliyi daha çoxdur. Alban-udi dini icması müstəqil Alban kilsələrinin bugünkü davamçılarıdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu icmaya hər zaman diqqət və qayğı göstərilib. Kilsələr bərpa olunaraq inanclı insanların istifadəsinı verilib”, - deyə R.Həsənov vurğulayıb.

Etiketlər