Gent Univerisitetinin professoru Multikulturalizm Mərkəzinin qonağı olub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Belçikanın Gent Univerisitetinin professoru İohan Vandevalli ilə görüşüb. Görüşdə Azərbaycan Multikulturalizminin həmin universitetdə tədrisi, Azərbaycan dili və mədəniyyətinin təbliği məsələləri müzakirə olunub. Söhbət zamanı bu sahədə əməkdaşlığın önəmi xüsusi vurğulanıb və razılıq əldə edilib.Görüşdə Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman da iştirak edib.

Etiketlər