Bu gün Ümummilli Lider, Azərbaycan multikulturalizminin siyasi banisi Heydər Əliyevin anadan olmasından 98 il ötür
Bu gün Ümummilli Lider, Azərbaycan multikulturalizminin siyasi banisi Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ölkəmizdəki multikultural və tolerant mühit Ulu Öndərin dövlət-din münasibətlərinin təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib. Böyük ictimai-siyasi xadim, görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti daim fəxr hissi ilə qeyd olunur. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əziz xatirəsi xalqımızın ürəyində hər zaman yaşayacaq.