Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalının sayca beşinci, bu il üçün isə ilk sayı işıq üzü görüb.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimatı olub.
Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı hazırlanaraq çap edilib.
Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı hazırlanaraq çap edilib.
“Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşri işıq üzü görüb. “Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar hazırlanıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən albanşünas tarixçi-alim Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabını ingilis dilinə tərcümə edilərək nəşr edilib. Kitabın çapı Multikulturalizm Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində həyata keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən "Azərbaycanca-Tatarca-Rusca-İngiliscə" danışıq kitabçası nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanda kürd icmasının ağsaqqalı, yazıçı Əhməde Həponun kürd və Azərbaycan dillərində povest və hekayələrindən ibarət "Xwezila" ("Kaş ki") kitabı nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşrləri çap edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzı yarandığı gündən etibarən, Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu günlərdə layihə çərçivəsində tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun Azərbaycanda yaşamış polyakların həyatından bəhs edən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabı nəşr olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri udi dilinə tərçümə edilərək çap edilib. Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri talış dilinə tərçümə edilərək çap edilib. Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri ləzgi dilinə tərçümə edilərək çap edilib. Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilən “XX-XXI əsr Talış poeziya antologiyası” kitabında isə 126 müəllifin talış dilində yazdığı, yüksək estetik meyarlarla bərabər, həm də humanizmə, ictimai nəfəsə malik poetik əsərlərdən nümunələr toplanıb. Talış poeziya məktəbinin fərqlilik xüsusiyyətlərinin özündə cəmləşdirən bu kitabda uşaqlar üçün yazılan şeirlər çoxluq təşkil edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu günlərdə layihə çərçivəsində bir sıra kitablar nəşr eilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən bu günlərdə Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi kimi qədim Qafqaz Albaniyasının varislərindən biri olan udi xalqının şifahi xalq ədəbiyyatına istinad edilərək “Gözün ayda olsun” nağıllar kitabı çap edilib. Kitab ölkəmizin orta məktəblərində xristian mədəni irsinin öyrənilməsi məqsədi ilə aşağı sinif şagirdləri üçün nəzərdə tutulur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən bu günlərdə Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi kimi qədim Qafqaz Albaniyasının varislərindən biri olan udi xalqının şifahi xalq ədəbiyyatına istinad edilərək “Gözün ayda olsun” nağıllar kitabı çap edilib. Kitab ölkəmizin orta məktəblərində xristian mədəni irsinin öyrənilməsi məqsədi ilə aşağı sinif şagirdləri üçün nəzərdə tutulur.
Biz klassik ədəbiyyatımızın konturlarını yalnız keçmişimizin mənzərəsi kimi yox, həm bu günümüzün, həm də gələcəyimizin ifadəsi, yol xəritəsi kimi nəzərdən keçirməliyik. Gerçəkdən də, ali həqiqətlər, yüksək mənəvi dəyərlər əvvəlcə ədəbi-fəlsəfi əsərlərdə öz ifadəsini tapır, yalnız bundan sonra sənədlərə, qanunlara köçürülür.