Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşrləri çap edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşrləri çap edilib. Birinci nəşr "Azərbaycanca-Tatarca-Rusca-İngiliscə" danışıq kitabçası, ikinci nəşr isə Azərbaycanda kürd icmasının ağsaqqalı, yazıçı Əhməde Həponun kürd və Azərbaycan dillərində povest və hekayələrindən ibarət "Xwezila" ("Kaş ki") kitabıdır. Nəşrlərin layihə rəhbəri BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənovdur.