“Əli və Nino” əsəri talış dilində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri talış dilinə tərçümə edilərək çap edilib. Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib.