Rəvan Həsənov: Yay Məktəbində gənclər Azərbaycan multikulturalizmi haqqında daha dərin biliklər əldə edəcəklər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir.
Bu sözləri jurnalistlərə müsahibəsində BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov deyib.
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına uyğun olaraq Bakı Prosesinin 10 illiyinə həsr olunub və “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adı altında keçirilir. “Bu layihədə 30-dan çox ölkədən 40-a yaxın gənc iştirak edir. Layihəyə Azərbaycan universitetlərindən tələbələr də qatılıb. Yay məktəbi Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərəcək. İştirakçılar yerli əhali ilə, dini icmalarla, din xadimləri ilə görüşəcəklər, tarixi abidələrlə tanış olacaqlar. Gənclər auditoriyada aldıqları nəzəri bilikləri praktik biliklərlə möhkəmləndirəcəklər, Azərbaycan multikulturalizmi haqqında daha dərin məlumatlar əldə edə biləcəklər. Həmçinin layihə iştirakçıları üçün geniş mühazirələr nəzərdə tutulub, xarici və yerli alimlərdən ibarət heyət onlara dərs deyəcək. Əminəm ki, yay məktəbinin sonunda layihə iştirakçıları Azərbaycanın dostları sırasına daxil olacaqlar”, - deyə R.Həsənov bildirib.
https://www.youtube.com/watch?v=asrKZlYkaxo
Запись Rəvan Həsənov: Yay Məktəbində gənclər Azərbaycan multikulturalizmi haqqında daha dərin biliklər əldə edəcəklər впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.