“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər təşkil olunub
Bakı, 4 sentyabr
Azərbaycan Dillər Universitetində (ADU) “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər təşkil olunub.
ADU-dan bildirilib ki, bu ali məktəbin Multikulturalizm Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilən treninqlərdə ali təhsil müəssisələrindən 85-ə yaxın müəllim iştirak edir.
Treninqlərdə BBMM-in mütəxəssisləri Rəşad İlyasov, Asəf Qənbərov, Güney Həsənova, Elnurə Həsənova, Anar Qafarov, Eyyub Kərimov, Billurə Aslanova, Rəhim Rəhimov,Şəmşad Əlizadə və Rəfi Qurbanov mühazirə oxuyublar.
Təhsil Nazirliyinin göstərişinə əsasən keçirilən treninqlər sentyabrın 13-dək davam edəcək.