ABŞ-ın Sutherland İnstitutunda Azərbaycan multikulturalizmi modelinə həsr edilən panel iclası keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ABŞ Stirlinq Fondunun və Azərbaycanın ABŞ-dakı Konsulluğunun birgə təşkilatçılığı ilə ABŞ-ın Sutherland İnstitutunda Yutah ştatının qabaqcıl elm, mədəniyyət, din və biznes adamlarının iştirakı ilə Azərbaycan multikulturalizm modelinə həsr edilən panel keçirilib. Paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikasının əsas dövlət siyasəti istiqamətlərindən biri olan Azərbaycan multikulturalizmi sahəsində görülən işlər, dövlətin bütün dini və milli icmalara göstərdiyi qayğı və Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş çıxış edib. Maraqlı keçən panel Sutherland İnstitutun facebook səhifəsində canlı yayımlanıb.