Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirib

 

 

 

Foto Kamal AbdullaBakı Beynəlxalq Multikulturalizm Mərkəzi noyabrın 16-da Kempinski hotelində Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirib. Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü il mayın 15-də yaradılan və hazırda dünyada tanınan mərkəzlərdən birinə çevrilməkdə olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə danışıb. Azad Məmmədov bildirib ki, 16 noyabr tarixi 1995-ci ildən YUNESKO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Toleranlıq Günü kimi qeyd olunur. Bu gün dünyada tolerantlıq və multikulturalizm vadisi kimi tanınan vətənimiz Azərbaycanda Tolerantlıq gününün böyük təntənə ilə qeyd edilməsi hər bir Azərbaycan vətəndaşının haqqıdır. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar, heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün strateji xəttin Prezidentimiz cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik cənab Kamal Abdullayev qeyd edib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması Prezident cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir. Azərbaycan xalqı və Azərbaycan dövləti isə öz vətəndaşını qorumaq, davamlı sabitliyini təmin etmək üçün məhz multikulturalizm siyasətinə böyük önəm verir. Ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərlərinin bir neçə gün öncə məhz Tolerantlıq günü münasibətilə Dövlət başçısı tərəfindən Fəxri Diplomla mükafatlandırılması da bu qayğı və diqqətin göstəricisidir. Akademik Kamal Abdullayev Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı oxuyaraq olkəmizdə fəaliyyət göstərən dini qurum və icma rəhbərləri Allahşükür Hümmət oğlu Paşazadə, Aleksandr Gennadyeviç İşein, Vladimir Fekete, Milix İlxananoviç Yevdayev, Gennadi Konstantinoviç Zelmanoviç və Robert Baqratoviç Mobiliyə mükafatlar təqdim edib.
Tədbir 16 Noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Dini mövzuda musiqi” adlı konsert proqramı ilə yekunlaşıb.

Запись Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.