Mərkəzin əməkdaşı beynəlxalq konfransda çıxış edib

Qazaxıstan Xalq Assambleyası və Lev Qumilyev adına Avrasiya Milli Universitetinin birgə təşkilatçılığı ilə “Müasir dünyada etnosiyasi tədqiqatlarda mövcud tendensiyalar: nəzəri və tətbiqi aspektlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Qazaxıstanın Astana şəhərində keçirilən konfransa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Araz Qurbanov onlayn formatda qoşularaq “Etnosiyasi və etnomədəni inteqrasiya prosesində etnik stereotiplərin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hazırda Azərbaycan və Mərkəzi Asiya respublikalarında etnosiyasi proseslər, bu ölkələrdə ictmai-siyasi sabitliyin, etnik tarazlığın pozulmasına, separatizm və müxtəlif qarşıdurmaların yaradılması cəhdlərinə qarşı mübarizədə birgə səylərin, vahid mövqenin vacibliyi önə çəklilib.