Səfir: Bakı prosesi sivilizasiyalar arasında körpü yaratmaq istəyir

Dünyada bir çox böhranlar, konfliktlər var ki, hələ də həll edilməyib. Hazırda dünyada irqi ayrı-seçkilik kimi bir çox başqa ciddi problemlərlə qarşılaşırıq.

Bunu Pakistanın UNESCO yanında daimi nümayəndəsi səfir Asim İftixar Əhməd “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dialoq çox önəmli olsa da, sülh üçün kifayət deyil. Bakı prosesi və digər bu kimi platformalar sivilizasiyalar arasında körpü yaratmaq istəyir.

“Hazırda bir çox ölkə ciddi transformasiyalardan keçir. Uzun müddət keçməsinə baxmayaraq, dünya hələ də təhlükəsiz bir yer deyil. Biz istənilən halda müxtəlif uğursuzluqların qarşısında iplərin haraya getdiyini görə biləcəyik, bu isə qarşılıqlı inamsızlığa gətirib çıxarır. BMT Təhlükəsizlik Şurası nə qətnamələrini, nə də qərarlarını tətbiq etmək imkanında deyil. Gündəlikdəki məsələlər də dünyadakı problemləri əks etdirmir. Bizə daha güclü BMT lazımdır. Sivil münasibətlər, pozitiv gələcək qurmalıyıq. Hər bir fərdin səsini eşidərək həmrəyliyin olduğu qarşılıqlı inam şəraitində yaşamalıyıq”, - deyə Asim İftixar Əhməd vurğulayıb.

Etiketlər