Dağ yəhudiləri icmasının sədri: Tolerantlıq Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür

Tolerantlıq Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür. Azərbaycanın tolerantlıq modelini dini və mədəni müxtəlifliyin harmoniyası kimi qəbul edirəm. Çünki harmoniya şəklində yaşamaq hər xalqa məxsus olmur. Bu harmoniya Azərbaycan xalqının yüksək mədəniyyəti sayəsində mümkündür.

Bunu Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimat mərasimində deyib.

İcma sədri dünyanın ən multikultural və tolerant ölkəsində yaşamaqdan fəxr etdiyini vurğulayaraq deyib: “Biz Azərbaycanda qərib deyilik və burada özümüzü Vətəndəki kimi hiss edirik”.

M.Yevdayev, həmçinin bu gün dünyada Azərbaycana qarşı həyata keçirilən qərəzli siyasətə də toxunub. Qeyd edib ki, bu gün ABŞ-da beynəlxalq sammit keçirilir və onun əsas mövzusu azərbaycanofobiyadır. Onlar bizim gözümüzdə tük seçirlər. ABŞ, AŞPA kimilər nə edir etsin, hərəsi bir havanı çalıb gedəcək. Bunların hamısı gəldi-gedərdir.

Etiketlər