Yaponiyanın Keito universitetinin tələbələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini ziyarət ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov yaponiyalı tələbələrlə görüşdə Azərbaycan multikulturalizminin modeli haqqında ətraflı məlumat verərək burada harmoniya və sülh şəraitində yaşayan çoxsaylı milli azlıqların ölkənin siyasi iqtisadi və mədəni həyatında rollarından bəhs edib. Görüşdə həmçinin ölkənin dini mühiti - burada yerləşən dini ibadətgahlar haqqında ətraflı məlumat verildi. Bundan əlavə qeyd edildi ki, Azərbaycanın öz multikulturalizm modelini artıq xaricə ixrac edir. Yaponiyalı tələbələr öz növbəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirdilər. Görüşün sonunda BBMM tərəfindən nəşr edilmiş ingilis dilində “Azərbaycan Multikulturalizmi” kitabı və yapon dilində xalqımızın mənəvi sərvəti olan “Kitabi – Dədə Qorqud” eposu təqdim edildi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov yaponiyalı tələbələrlə görüşdə Azərbaycan multikulturalizminin modeli haqqında ətraflı məlumat verərək burada harmoniya və sülh şəraitində yaşayan çoxsaylı milli azlıqların ölkənin siyasi iqtisadi və mədəni həyatında rollarından bəhs edib. Görüşdə həmçinin ölkənin dini mühiti - burada yerləşən dini ibadətgahlar haqqında ətraflı məlumat verildi. Bundan əlavə qeyd edildi ki, Azərbaycanın öz multikulturalizm modelini artıq xaricə ixrac edir. Yaponiyalı tələbələr öz növbəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirdilər. Görüşün sonunda BBMM tərəfindən nəşr edilmiş ingilis dilində “Azərbaycan Multikulturalizmi” kitabı və yapon dilində xalqımızın mənəvi sərvəti olan “Kitabi – Dədə Qorqud” eposu təqdim edildi.