Rəvan Həsənov: Azərbaycan dini ayrı-seçkiliyin əleyhinə olan siyasətini indi də davam etdirir
İslamofobiya, əsasən Qərb ölkələrində yayılmış bir ideologiyadır. Bəzi qüvvələr İslam adı altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan isə hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub və bu siyasətini indi də davam etdirir.
Bunu "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfransla əlaqədar martın 5-də təşkil edilən mətbuat konfransında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
İcraçı direktor diqqətə çatdırıb ki, Azərbaycan qlobal problemləri hər zaman diqqətdə saxlayır və onların həlli istiqamətində müvafiq tədbirlər görür.