IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 15-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən iştirakçılara Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır