Rəvan Həsənov: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti mühüm işlər görüb

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan elminin təşkilatlanmasında və dövrün ziyalılarının bir qurum ətrafında toplanması istiqamətində mühüm işlər görüb. 1923-cü ildə yaradılan cəmiyyətin məqsədi Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, təbiətini, geologiyasını öyrənmək olub. Dövrün ağır şərtlərinə baxmayaraq, cəmiyyət öz üzərinə düşən işlərin öhdəsindən gələ bilib.

Bu fikirləri Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib. O bildirib ki, cəmiyyət o dövrdə öz fəaliyyəti ilə respublikanın baş elmi müəssisəsi idi. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, etnoqrafiya, dilçilik, lüğətçilik, hüquq, sənaye, Xəzər dənizinin tədqiqi, təsviri incəsənət, teatr, musiqi və s. üzrə komissiya və yarım komissiyalar fəaliyyət göstərirdi. Rəvan Həsənov vurğulayıb ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti sonrakı illərdə akademiyanın yaranması üçün zəmin formalaşdırdı və Azərbaycan elminin bugünkü səviyyəyə gəlib çatmasına öz töhfəsini verdi.

Etiketlər