Multikulturalizm Mərkəzinin kollektivi Zəfər parkında olublar
Sentyabrın 27-si - Anım Günündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Mərkəzin əməkdaşları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.